“Bank BTB” ASC-yə yeni sədr təyin edilib

Bank BTB ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub. Emil Rzayev 21 ildir ki bank sektorunda fəaliyyət göstərir. Bunlardan 14 il ərzində yüksək vəzifələrdə çalışıb.

Bank BTB-nın müşahidə şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hal-hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.

Bank BTB 2010-ci ildən yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə və Baş ofisdə yerləşən Müştəri Xidmətləri Departamenti ilə təmsil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır