“Bank BTB” “Bilik Yarışı” adlı müsabiqə elan edir

“Bank BTB” ASC 15 Sentyabr Bilik Gününə özəl olaraq öz rəsmi Facebook səhifəsində “Bilik Yarışı” adlı müsabiqə elan edib.

Müsabiqənin şərtlərinə görə iştirakçılara 90 saniyə ərzində ardıcıl olaraq 15 sual təqdim olununur. Hər sualda 4 cavab variantı verilir. Düzgün cavaba görə iştirakçılar 50 bal qazanacaq. Hər səhv cavaba görə isə iştirakçılardan 5 bal silinəcək. Müsabiqədə qənaət edilmiş saniyələrə görə də əlavə 5 bal sayılacaq. Həm də düzgün cavab ardıcıllığına görə iştirakçılar artan ardıcıllıqla əlavə 5 bal qazanacaq.

Əsas şərtlərdən biri də odur ki, hər iştirakçı müsabiqədə yalnız 1 dəfə iştirak edə biləcək. Müsabiqədə iştirak edənlər Bank BTB nin rəsmi Facebook səhifəsini bəyənməlidir(Like).

Müsabiqə 1 həftə ərzidə Sentyabrın 21-nədək davam edəcək. Ən yüksək bal toplamış 3 iştirakcı müsabiqənin qalibi olacaq. Eyni bal toplamış iştirakçılar arasında üstünlük müqabiqədə tarix baxımından daha əvvəl iştirak etmiş iştirakçıya veriləcək. Qaliblərə Bank BTB ASC tərəfindən plastik kart və pul mükafatı hədiyyə olunacaq.

Qeyd edək ki, 1-ci yer üçün Mastercard Platinum  üstə gəl 500 AZN, 2-ci yer üçün Mastercard Gold  üstə gəl 250 AZN, 3-cü yer üçün Mastercard Classic üstə gəl 100 AZN hədiyyə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır