“Bank BTB” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.
BBN.az xəbər verir ki, “Bank BTB” ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı 01.06.2018-ci il tarixdə saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək.
Qeyd edək ki, Səhmdarlar yığıncağın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər.