“Bank BTB” “Maliyyə Savadlılığı” layihəsinə qoşulub

Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində “Bank BTB” ASC-də bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib.

“Bank BTB”nin rəhbərlər üzvləri və digər səlahiyyətli əməkdaşlar layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlimlər təşkil edərək maraqlı mülahizələr aparıblar.

Qeyd edək ki, layihədə Bakı Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Bank BTB” ASC-nin qonaqları olublar.

Təlim iştirakçıları “Bank BTB”nın strukturu ilə tanışlıq, “Plastik kartlar”, “Bank Təşkilati strukturu” və “Bank Məhsullarının yaradılması” mövzusunda interaktiv təlim alıblar.  Peşəkar əməkdaşlar tələbələrlə bank haqqında ümumi məlumat, bank məhsulları və xidmətlər, həmçinin plastik kartlar, kart sistemlərinin işləmə mexanizmləri, kartlarla əməliyyatlar zamanı fırıldaqçılıqlar və s. haqqında ətraflı maarifləndirici biliklərlə paylaşdılar. Təlimdə tələbələr aktiv iştirak edərək, onları maraqlandıran sualları təlimçilərə ünvanlayıblar və canlı mübadilə yaradıblar. “Bank BTB”nin rəhbərliyi və əməkdaşları layihədə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu ediblər.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır