Bu bank nizamnamə kapitalını artırıb

Bank “BTB” ASC nizamnamə kapitalını 66 450 000 manata qədər artırıb.

Nizamnamə Kapitalının artırılması Bank tərəfindən səhmlərin emissiya edilməsi hesabına mümkün olub. Ümumi məbləği 14 450 000 manat, hər birinin nominal dəyəri 1000 manat olan 14 450 ədəd adi, adlı, sənədsiz səhminin yerləşdirilməsi artıq başa çatıb və 13 dekabr 2017-ci il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır