Bank “BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Plastik Kartlar şöbəsinə təqdim etmək;
Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
Vahid komandada işləmək qabiliyyəti;
Azərbaycan, rus dillərini bilmək;
Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) 14 İyul, 2017 -ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.