Bank BTB və Visa Beynəlxalq ödəniş sistemi tətil mövsümündə aktual olan nağdsız ödənişləri nəzərə alaraq müştərilər üçün yay imtiyazları elan edib. Belə ki, Bank BTB-nin Premium Visa ödəniş kartı sahibləri olan müştərilər məşhur brendlərlərdən edəcəkləri alış-veriş zamanı Visa Gold və ya Visa Platinum ödəniş kartları ilə nağdsız ödəniş edərkən 15%-dək güzəştlər əldə edəcək.
Qeyd edək ki, Bank BTB-nin Visa ödəniş kartlarını bankın filiallarından və şöbələrindən əldə etmək mümkündür. Endirimlər Debet və Kredit kart tipləri üçün keçərlidir.