“Bank BTB” yeni kredit kampaniyası elan edir

Bank BTB 23 Avqust AR Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı münasibəti ilə Avqust ayının 23-dən 1 ay müddətinə AR Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün əməkdaşlarına  güzəştli “Nağd pul krediti “ kampaniyası elan edir.

Kampaniya müddətində “Nağd pul”  istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 AZN -dək kreditlər, 0 % komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dir.

Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı hesabından 6 aylıq çıxarış tələb olunur. Güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş Ofisindən və bütün filiallarında əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır