“Bank BTB” 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank 2016-cı il üzrə 13 milyon manatlıq zərər əldə edib.
Bankın digər hesabat göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Qeyd edək ki, hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə 18 % artım olub. Kredit portfeli 32.4 % artaraq 143989.7 min manat təşkil edib. Bank BTB kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 288 min manat təşkil etmişdir. Bankın məcmu kapitalı kapital normalarına tam uyğun olaraq 53 407.8 min manatdır.
Göstəricilər | 2016-cı ilin yekunu (mln.manat) | 2015-ci ilin yekunu (mln. manat) | Fərq |
Aktivlər | 241,50 | 211,04 | 14.43% |
Depozit portfeli | 65,94 | 81,70 | -19.2% |
Kredit portfeli | 143,98 | 108,75 | 32,4% |
Faiz gəlirləri | 14,75 | 22,12 | ↓ |
Qeyri-faiz gəlirləri | 4,63 | 0,42 | ↑ |
Faiz xərcləri | 9,14 | 14,08 | ↓ |
Qeyri-faiz xərcləri | 9,95 | 10,11 | ↓ |
Ehtiyat Ayırmaları | 13,43 | 0,30 | ↑ |
Xalis mənfəət (zərər) | -13,14 | -1,60 | ↓ |