“Bank BTB”nin səhmdarları dəyişilib

“Bank BTB” ASC-nin səhmdarı olan 3 fiziki şəxsdən 2-si dəyişib.  Bankda müvafiq olaraq 15% və 10% paya malik olan Nurəddin Elməddin oğlu Əliyev və Cəfər Tofiq oğlu Əliyev paylarını satıblar.

Onların payını 19% və 6% olmaqla Rza İsmayıl oğlu Sadiq (“Bank BTB”-nin Müşahidə Şurasının sədri) və Tükəzban Ağa qızı Mahmudova alıblar.

Bankın 75% payla əsas səhmdarı isə Nigar İsmayıl qızı Mehdiyeva qalmaqdadır.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır