BBN.az xəbər verir ki, bank sektorunda çalışanların sayı uzunmüddətdən sonra ilk dəfə artdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2017-ci ilin iyun ayının sonuna bank işçilərinin sayı 61 nəfər və ya 0.4% artaraq, 16095 nəfərə yüksəlib.
Qeyd edək ki, bu demək olar ki, manatın ucuzlaşmağa başladığı dövrdən bəri ilk artımdır.
Bu dinamikanı əyani şəkildə aşağıdakı qrafikdə görə bilərsiniz.
Analitik yazıları izləmək üçün Facebook səhifəmizi bəyənin.