Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2016-cı ilin noyabr ayının sonuna bank müştərilərinin sayı 5 milyon 334 min 84 nəfər təşkil edib.
Bu göstərici oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 23 min 852 nəfər və ya 0,45% artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,9% və ya 333 min 303 nəfər azalmışdır.