Bank of America işçilərinə bonuslar ayırıb

Bankın baş icraçı direktoru Brian Moynihan mətbuata verdiyi açıqlamasında qeyd edib ki, son dövrlərdə bankın gəlirlərində gözə çarpan yüksəlmə baş verdiyindən, əməkdaşların motivasiyasını artırmaq məqsədilə belə bir addım atılır.

Belə ki, illik əmək haqqı 100000 ABŞ dollarına qədər olan bank işçiləri 1000 dollar məbləğində birdəfəlik nəğd pul bonusu əldə edəcəklər.

O cümlədən, Bank of America illik əmək haqqı 100000-350000 ABŞ dolları arasında olan işçilərinə əmək haqqına müvafiq olaraq 200-500 vahid arası səhmlər veriləcək. Məlumat üçün qeyd edək ki, cari birjada Bank of America-nın bir səhmi 25.53 ABŞ dolları dəyərindədir.

Mükafatlandırma 2019-cu ilin ilk rübündə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır