Bank sektorunda xidmət keyfiyyətinin təkmilləşdirilməsində icra etdiyi bir çox yenilikçi layihələri ilə xüsusi rol oynayan Bank of Baku, 3 illik inkişaf strategiyasının özülünü təşkil edən yeni bir layihənin icrasına start verib.
İlkin mərhələdə şərti olaraq “Change” adlandırılan bu layihəni “Sünbül” adı altında davam etdirməklə Bank of Baku “Bankçılıqda Yeni Dəyər Yaratmaq” niyyətindədir. “Sünbül” İnnovativ İnkişaf Proqramı çərçivəsində fəaliyyət istiqamətində təməlli dəyişikliklər edəcək Bank biznes strategiyasını da mövcud iqtisadi şəraitə uyğunlaşdırmağa başlayıb.
Belə ki, bazarda daha çox riteyl bank olaraq tanınan Bank of Baku universal bank olmaq istiqamətində ciddi addımlar atıb. Bu addımların əsas nəticəsi olaraq, Bank of Baku növbəti il ərzində korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ehtiyaclarına uyğun geniş çeşiddə xidmət və məhsullarını təqdim edəcək.
Artıq bir müddətdir ki, bu məqsədlə aparılan bazar araşdırmalarına uyğun olaraq, bank həm daxili proseslərində, həm də məhsul yaradılması strategiyasında önəmli yeniliklər tətbiq edib. Bu yeniliklərdən iş adamlarına özəl olaraq təqdim olunan yeni və patentləşdirilmiş İŞKART – biznes kart məhsulunu xususilə qeyd etmək lazımdır. Digər mühüm yeniliklər arasında Bankın korporativ müştərilərə çox yaxın zamanda təqdim edəcəyi özəl konsultant və təkmilləşdirilmiş internet bankinq xidmətini də göstərmək olar.
Korporativ bankçılığa keçidlə əlaqədar olaraq 2017-ci ildən etibarən, Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq.
“Sizə yaxın korporativ bankçılıq” şüarı ilə fəaliyyət dairəsini genişləndirən Bank of Baku korporativ müştərilərinə individual tariflərlə aşağıdakı xidmətləri təklif edir:
- Hesab üzrə əməliyyatlar
- İri kreditlər
- Ekvayrinq və distant xidmətləri
- Bank və əmək haqqı kartları
- Əmanətlər
- Əməkdaşlar üçün xidmətlər
- Sənədli əməliyyatlar
Fəaliyyətindəki bu yeniliklə bağlı Bank xüsusi imic çarxı hazırlayaraq ictimaiyyətə təqdim edib. Çarxla bu linkdən tanış ola bilərsiniz.