“Bank of Baku”nun İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb

“Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) üzvü, maliyyə sahəsinin rəhbəri Vüsal Eynullayev işdən çıxıb.

V.Eynullayevin iş yerini “Gilan Holding” MMC-yə dəyişdiyi bildirilir.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı), 28,89%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Mənbə:report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır