Yanvarın 27-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Atatürk prosoekti, 42 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyi açıqlanmır.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı), 28,89%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Mənbə: report.az