“Bank Ombudsmanı”nın yaradılmasında əsas məqsəd banklarla müştərilər arasında yaranan mübahisənin, fikir ayrılığının həll edilməsinə xidmət etməkdir.”
Bu sözləri “Banklar və Biznes” Qəzetinə (BBN.az) müsahibəsi zamanı Bank Ombudsmanı İkram Kərimov deyib.
İkram Kərimov yeni yaranan qurumun məqsədindən, vəzifələrindən və müraciət üsullarından danışıb.
Ombudsmanın sözlərinə görə, “Bank Ombudsmanı”na bank ilə müqavilə bağlayan fiziki şəxslər müraciət edə bilərlər. İ. Kərimov deyib ki, “Bank Ombudsmanı” müraciətlərin iddia məbləği 2 000 ABŞ dolları və müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər ekvivalentinə bərabər olan şikayətlərə baxa bilər.
“Bank Ombudsmanı” müraciətlərə ərazisindən asılı olaraq 1 ay, 2 ay və 6 aydan çox olmayan müddətdə baxır.
Qeyd edək ki, müraciətlərə baxmaq tam ödənişsizdir.
Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:
Digər müsahibələrimiz üçün “YouTube” kanalımızı və “Facebook” səhifəmizi izləyə bilərsiniz.