Bank Respublika “2 fevral – Gənclər günü” ilə bağlı 2 həftə davam edəcək özəl kampaniyaya start verir.
Kampaniya çərçivəsində Bank, gənclərin arzularına çatdıracaq xüsusi təkliflər təqdim edir.
Belə ki, aksiya çərçivəsində 35 yaşınadək şəxslər bankın kredit və taksit kartlarından rəsmiləşdirmə komissiyası ödəmədən faydalana biləcəklər.
“Kredit Xətti” məhsulu rəsmiləşdirmə komissiyası olmadan, 12 aylıq və maksimal məbləğ 10 min manat olmaqla təklif olunur. Həmçinin 3 min manatadək məbləğlər üzrə zamin tələb edilmir. Müvafiq məhsulun əsas üstünlüyü nağd və nağdsız əməliyyatlar üzrə 45 günədək faizsiz güzəşt müddəti (grace period) imkanının olmasıdır.
Bundan başqa, gənclər 5 il müddətinə rəsmiləşdirilən“PayKart” taksit kartını da 0 % komissiya ilə əldə edə biləcəklər. PayKart taksit kartı gənclərin bir çox sevimli brendlərində faizsiz alış-veriş imkanını yaradaraq bütün ehtiyacları ödəməsini təmin edir.
“Bank Respublika”dan istənilən plastik kartı əldən edənlər, kart ilə yanaşı pulsuz olaraq Mobil və İnternet Şöbə xidmətlərini də hədiyyə olaraq əldə edəcəklər.
Qeyd edək ki, kampaniya fevralın 1-dən fevralın 15-dək davam edəcək.