“Bank Respublika” elektron bankçılıq xidmətlərində lider bank seçilib

“Bank Respublika” ASC “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə I yeri tutub.

Bu haqda BBN.az saytına bank dairələrindən məlumat verilib.

Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində lider banklar müəyyənləşdirilib.

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə I yeri “Bank Respublika” ASC tutub. Bu nominasiya üzrə II və III yerlərin sahibi isə uyğun olaraq, “Turanbank” ASC və “Accessbank” ASC olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır