“Bank Respublika” kapitalını 10 mln. manatadək artırır

Moody’s agentliyi “Bank Respublika”nın kontragent riskləri üzrə reytinqini B3 səviyyəsində təsdiqləyib.

Eyni zamanda, ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə ehtiyatların yaradılması istiqamətində bankın aktiv siyasəti kapitalın azalması səbəbinə əsaslanaraq, agentlik digər reytinqlərə də dəyişiklik edib. Bankın kredit qiymətləndirmə reytinqi B3-dən Caa1 səviyyəsinə endirilib.

Bank Respublika-dan verilən məlumata əsasən, bankın davamlı inkişafını təmin etmək məqsədilə səhmdarlar nizamnamə kapitalının 10 mln. manat məbləğində növbəti artım haqqında razılığa gəliblər.Bu artım bankın gəlirliyinin artması ilə yanaşı reytinqinartımı istiqamətində yenidən baxılması üçün əsas yaradır. Bankdan onu da qeyd ediblər ki, agentliyin analitikləri maliyyə təşkilatlarınınəsas dayanıqlıq parametrlərindən biri olan likvidlik parametrinin güclü olmasını vurğulayıb.

Xatırladaq ki, “Bank Respublika” 2016-cı ilin sentyabr ayında kapitalını 20 mln. manat məbləğində artırıb və hal-hazırda bankın nizamnamə kapitalı 57.5 mln. təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır