“Bank Respublika” kiçik və orta biznes üçün kredit imkanları təklif edir

Bank Respublika kiçik və orta sahibkarlara bir sıra kredit imkanları təklif edir.

500 min manatadək verilən biznes-kreditləri müəssisənizi yeni inkişaf mərhələsinə gətirmək imkanı verəcək. Kredit fərdi şərtlərlə təklif edilir və hər bir biznesin ehtiyaclarını nəzərə alır. Biznes kreditləri əsas və dövriyyə vəsaitləri, daşınmaz əmlak və bank əmanəti girovu ilə verilə bilər.

Biznesin daha inamlı idarə olunması üçün Bank Respublika tələbatınıza uyğun bank zəmanəti və akkreditivlərin səmərəli şərtlərlə verilməsini təmin edir.

Kredit təklifləri ilə yanaşı geniş çeşiddə bank məhsulları da şirkətinizin əməkdaşları üçün təklif olunur. Məsələn, maaş kartları, nağd kredit, taksit kartı, pul köçürmələri, əmanətlər və s. maliyyə xidmətləri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır