“Bank Respublika” “Mikrokredit” məhsulunun şərtlərinə yenidən baxıb. Belə ki, Mikrokreditin məbləği 30 000 manatadək artırılıb.
Bank sahibkarın maraqlarını nəzərə alaraq, 6 aylıq güzəşt müddəti də tətbiq edib. Həmçinin, müştərinin istəyi ilə və biznesin xüsusiyyətlərindən asılı olaraq sərbəst ödəniş qrafiki təklif oluna bilər.
Qeyd edək ki, valyuta hesablaşmaları üçün kredit məbləği ABŞ dolları ilə verilə bilər. Bu məbləğ maxsimum 10 000 $-dək ola bilər.