Bank Respublika 2017-ci il ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən Bankın xalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 milyon manat təşkil edib. Bundan əlavə, banka əmanətlərini etibar edən müştərilərin sayında və əmanətlərin həcmində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin nəticlərinə görə bankın fiziki şəxslərin depozit portfeli 3,5% artaraq 196,637 mln manat təşkil edib. Ümumi depozit portfeli isə ötən ilin sonunda2,7% artaraq 474,801 min manat olub.
Hesabat dövrünə bankın aktivləri 702 milyon, kredit portfelinin həcmi 229 milyon manat təşkil edib. Kredit portfelinin keyfiyyətinin təhlili, vaxtı keçmiş kreditlərin həcminin azalmasını göstərir. Bu göstərici rüb ərzində 13%-dən 10%-dək azalıb, bu da bank sektorunda aşağı göstəricilərdən biri olmaqla yanaşı, bankın müsbət maliyyə nəticələrinə və dayanıqlığını göstərən əsas amillərdən biridir.
Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına qərar verib. Nəticədə bank ili 10.5 milyon zərər ilə başa vurub.
“Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlıkapitalın artımı barədə qərar qəbul edilmişdir.Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 Fevral 2018-ci ildə bitməsi nəzərdə tuturuq. Bankın nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılması gözlənilir.
Nizamnamə kapitalın artımı, bankın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar bankın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək. Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır.” – deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.