28 mart 2017-ci il tarixdə Bank Respublika Səhmdarlarının Ümumi Yığıncağında nizamnamə kapitalının 20 mln. manat artırılması haqqında qərar yetkinliklə qəbul edilib.
Nizamnamə kapitalının artırılmasında başlıca məqsəd bankı əlavə kapitalla təmin etməklə, bankın dayanıqlı və sabit inkişafını təmin etməkdir. Bu artım əhaliyə və biznes sektoruna maliyyə xidmətlərinin göstərilməsi sahəsində aparıcı mövqelərin qorunub saxlanması üzrə bankın uzunmüddətli strategiyasına uyğun aparılır.
Xatırladaq ki, “Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.