“Bank Respublika”da baş tutacaq kadr dəyişikliyi məlumatına rəsmi münasibət

Mətbuatda “AccessBank” QSC-nin İdarə Heyəti sədrinin müavini Şakir Rəhimovun “Bank Respublika”da Müşahidə Şurasının üzvü təyin ediləcəyi ilə bağlı məlumatlar öz əksini tapıb. Məlumata əsasən, Şakir Rəhimov Müşahidə Şurasının üzvü Xədicə Həsənovanı əvəz edəcək.

BBN.az saytı hər iki bankın mətbuat şöbəsi ilə əlaqə saxlamış və məlumatın dəqiqliyini yoxlamışdır. Hər iki bank məlumatın hələki rəsmi olaraq təsdiq tapmadığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır