28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib.
Bank Respublika-dan öncə Ş.Rəhimov “Access Bank” ASC-də İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışıb. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və Warwick Universitetində, Warwick Business School Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hal-hazırda Stendford Universitetində “Strateji qərarlar və Risklərin İdarə edilmməsi” proqramı üzrə təhsilini davam etdirir.