Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.
Qeyd edək ki, 2017-ci ilin 31 may tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.