Kredit portfelinin həcmi necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi kredit portfelinin həcmi 15,395 milyon manat təşkil edib. Bu göstərici cari ilin yanvar ayının yekunu ilə müqayisədə 5% , ötən ilin yekunu ilə müqayisədə isə 3.4 % azalıb.

Qeyd edək ki, bu ilin yanvar ayının yekununda cəmi kredit portfeli  16,206 milyon manat, ötən ilin yekununda isə  15,938 milyon manat olub.

Bu  barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır