Bank seyfləri qiymətli kağızlar və qiymətli əşyaların ən etibarlı yeridir

“Bank Respublika” depozit seyflərindən istifadə etmək təklifini verir.

Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 30-80 manat arası dəyişir. Bank seyflərini 1 aydan 12 ay müddətinədək icarəyə götürmək olar.

Bank Respublika-da bank seyf icarəsinin bir sıra üstünlükləri var:

  • Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış depozitari
  • Daimi  peşəkar mühafizə, depozitarinin zirehli qapısı, siqnalizasiya və yanğın əleyhinə sistem
  • Almaniyanın “Steinbach & Vollmann” şirkətinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidləri
  • Saxlanılan qiymətlilər haqqında məlumatın tələb edilməməsi və bank sirri
  • Bank seyfinin istənilən müddətə icarəsi
  • İcarə müddətindən asılı olaraq güzəştli tariflər

Depozitaridə əşyaların saxlanılmasına zəmanət onunla da təsdiqlənir ki, seyf qutularını eyni zamanda iki açarla açmaq olar. Açarlardan biri müştəridə, digəri isə bankda saxlanılır.

Depozit seyflərində qiymətlilərin saxlanılmasının şərtləri haqqında daha ətraflı məlumatı bankın saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır