Səhmdarların Ümumi Yığıncağının 7 avqust 2017 il tarixli qərarına əsasən, “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olub. Belə ki, İdarə Heyətinin sədri Elçin Əhmədov –Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü- sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə -İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən Elçin Əhmədov, 2009-cu ildə “Bank Silk Vey” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, 2012-ci ildən etibarən “Bank Silk Vey” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra edib.