“Bank Standard”ın kreditorları Auditorlar Palatasına müraciət edib

“Bank Standard”ın Kreditorlar Komitəsinin yekdil qərarı ilə sədr Əkrəm Həsənov “KPMG” audit şirkəti ilə bağlı Auditorlar Palatasına, eləcə də İsveçrə  və Niderland  səfirliklərinə məktub göndərib.

Bildirib ki, “KPMG” maraqlar münaqişəsinə baxmayaraq “Bank Standard”ın qalıq əmlakını da qiymətləndirib:

“Məlum olduğu kimi, ölkə tarixində müflis olmuş 2 ən iri şirkətin – “Bank Standard” və “Texnikbank”ın kənar auditoru məhz KPMG olub. Nəticədə həmin banklara pulunu etibar etmiş şəxslər 1 mlrd. manatdan çox vəsaitini itirmək təhlükəsi ilə üzləşib. Üstəlik həmin bu KPMG maraqlar münaqişəsinə baxmayaraq “Bank Standard”ın qalıq əmlakını da qiymətləndirib və buna görə əlavə haqq da alıb. KPMG-nin Azərbaycandakı fəaliyyəti ciddi araşdırılmalıdır”.

Ə.Həsənov hesab edir ki, bu baxımdan Auditorlar Palatasının və sözügedən ölkələrin də işə qarışması vacibdir.

Qeyd edək ki, sözügedən audit şirkəti İsveçrədə qeydiyyatdan keçib. Baş ofisi isə Niderlandda yerləşir.

Mənbə: Fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır