Bank və BOKT-ların kredit portfeli 12437,2 milyon manat təşkil edib

Dövlət Statistika Komitəsinin əsas makroiqtisadi göstəricilərinə görə, 2017-ci il oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12437,2 milyon manat təşkil edib.

Bu məbləğin 9986,6 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,9 %-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır