Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi ilə bağlı konfrans keçiriləcək

26 may 2017-ci il tarixində ABA-nın təşkilatçılığı ilə  konfrans keçiriləcək. Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi ilə bağlı keçiriləcək konfransa maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, İT təşkilatlar, telekommunikasiya şirkətləri, beynəlxalq maliyyə institutları, həmçinin digər ölkədən nümayəndələr dəvət olunub.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı  “Smart İT”, “Garanti Bank” “İş Bankı”  “Azərfon” və digər təşkilatların nümayəndələri çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır