27 dekabr 2017-ci il tarixindən Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı istirahət günləri də fəaliyyət göstərəcək. Eyni zamanda, filialın iş saatları da uzadılıb: indi filial həftə içi 09.00-dan 20.00-dək, istirahət günləri isə 10.00-dan 16.00-dək müştərilərin xidmətindədir. Filial həmçinin bütün bayram günlərində də çalışacaq.
“Əcəmi” filialında müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər təklif olunacaq. Müştərilər filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.