Bank VTB (Azərbaycan) ASC-nin Təsərrüfat mallarının və Dəftərxana ləvazimatlarının alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender təkliflərinin qiymətləndirilməsində ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə üstünlük veriləcəkdir. Tender təklifləri 28 oktyabr2016-cı il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.