Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni sədri təsdiqlənib

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni tərkibinə Mixail Eduardoviç Oseyevski rəhbərlik edəcək. O, bank VTB-nin idarə heyəti sədrinin müavini vəzifəsində çalışır.

Mixail Oseyevski 1960-cı ildə Leninqrad şəhərində anadan olub. Bank VTB-də 2012-ci ildən fəaliyyət göstərir. VTB24 və VTB (Gürcüstan) müşahidə şuralarının tərkibinə daxildir, eləcə də VTB (Qazaxıstan) və VTB (Belarus) banklarının direktorlar şurasının üzvüdür.

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının (MŞ) sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Bankın MŞ tərkibinə həmçinin VTB(Azərbaycan)-ın səhmdarlarının nümayəndələri daxil olub: AtaHolding-dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və  Dmitriy Popov.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır