Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

2018-ci ilin fevral ayında Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.

Toplantının nəticələrinə görə, bankın Müşahidə şurasının tərkibi bu qaydada təsdiqlənib:

  • Bortnikov Denis Aleksandroviç, Müşahidə şurasının sədri
  • Tsaryev Sergey Vladimiroviç, Müşahidə şurasının sədrinin müavini
  • Popov Dmitriy Sergeyeviç, Müşahidə şurasının üzvü

Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev isə VTB (PSC)-nin idarəedici direktorudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır