“Bank VTB (Azərbaycan)” “RUSİYA ÇAĞIRIR!” investisiya forumunda iştirak edib

24-26 oktyabr 2017-ci il tarixində Moskvada VTB Kapitalın “RUSİYA ÇAĞIRIR!” illik investisiya forumu keçirilib. Tədbirdə 2500-dən çox qonaq, o cümlədən dövlət nümayəndələri, investorlar, aparıcı qlobal korporasiyaların rəhbərləri iştirak edib.

“RUSİYA ÇAĞIRIR!” investisiya forumu 2009-cu ildən etibarən keçirilir. Forum, Rusiya biznesi ilə beynəlxalq investorlar arasında effektiv əməkdaşlığın inkişafına kömək edərək yerli iqtisadiyyata portfel və strateji sərmayə cəlb edən aparıcı tədbirdir. Forumun proqramı Rusiya hökumət nümayəndələrinin, iri beynəlxalq təşkilatların və Rusiya şirkət rəhbərlərinin iştirakı ilə keçirilən plenar sessiya və bir sıra panel müzakirələrdən ibarətdir.

“VTB (Azərbaycan)”ı builki forumda bankın idarə heyətinin sədri Yevgeni Kirin təmsil edib. Bankın təşəbbüsü ilə forumda həmçinin 3 iri Azərbaycan şirkətinin – “AS Group”, “ISR Holding” və “Karat Holding”in nümayəndələri iştirak edib.

“RUSİYA ÇAĞIRIR” investisiya forumu beynəlxalq səviyyəli aparıcı tədbirlərdən biridir. Azərbaycan şirkətləri üçün bu forumda iştirak etmək həm Rusiya şirkətləri ilə, həmçinin də digər ölkələrdən olan potensial tərəfdaşlarla işgüzar əlaqələrin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Biz şirkətlər üçün belə imkan yaratdığımız üçün çox məmnunuq” – deyə, bank “VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır