“Bank VTB (Azərbaycan)” tender elan edir

“Bank VTB (Azərbaycan)” ASC ödəniş kartlarının hazırlanması üçün embossinq avadanlığının alınması ilə əlaqədar açıq tender elan edir.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə və 25 dekabr 2017-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə Bankın baş ofisinə təqdim edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır