Bank VTB (Azərbaycan) yeni xidmətini təklif edir

Bank VTB (Azərbaycan) sahibkarlara qısamüddətli kredit məhsulu olan overdraftdan istifadə etməyi təklif edir.

Overdraft hesablaşma hesabındakı pul dövriyyəsində müvəqqəti vəsait çatışmazlığı ilə üzləşən müştərilərə avtomatik verilən qısamüddətli kreditdir. Overdraft xidməti hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub.

Məhsuldan istifadə etmək üçün bankın müştərilərinə limit müəyyənləşdirmək və müvafiq anketi doldurmaq kifayətdir. Bankın müştərisi olmayan şirkətlər overdraftdan istifadə üçün əlavə olaraq digər bankdakı hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi barədə təsdiq aldıqdan sonra bank VTB (Azərbaycan)-da hesablaşma hesabı açmalıdır.

Overdraft sadələşdirilmiş prosedurayla və minimal sənəd toplumu ilə təqdim olunur. Overdraftın verilməsi üzrə qərar verilməsi və vəsaitin ayrılması maksimal qısa müddətdə, operativ həyata keçirilir.

Overdraft üzrə limit müştərinin tələbatını nəzərə almaqla fərdi qaydada müəyyənləşdirilir.

Qeyd edək ki, overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır