Bank VTB (Azərbaycan)-ın “Bakı-Moskva” rubl kartı istifadəyə verib. Bu kart vasitəsilə Rusiyada daha sərfəli pul xərcləmək mümkündür. Yeni kartın CashBack funksiyası sayəsində Rusiya ərazisində nağdsız əməliyyatlar vasitəsilə xərclənən məbləğin 0,5%-ni geri qaytarır.
“Bakı-Moskva” kartı nağdsız ödənişlərin aparılması, eləcə də nağd vəsaitlərin çıxarılması üçün nəzərdə tutulan debet rubl kartıdır. Kartın müddəti müştərinin seçimindən asılı olaraq 24 və 36 ay təşkil edir.
QEyd edək ki, “Bakı-Moskva” kartını digər ölkələrdə də istifadə etmək mümkündür, bu zaman rubl müştəriyə tələb olunan valyutaya konvertasiya olunacaq.