Bank VTB (Azərbaycan) müştəriləri üçün “Vahid Xidmət” sistemi adlı yenilik tətbiq edib. İndi bankın bütün müştəriləri, o cümlədən fiziki və hüquqi şəxslər hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını VTB (Azərbaycan)-ın istənilən filialında həyata keçirə bilər.
Yenilik, müştərilərə vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə və onlar üçün bankın ən yaxın ofisinə müraciət etməyə imkan verir. Belə ki, “Vahid Xidmət” bankda cari, depozit, kart və kredit hesablarına aiddir. Müştərilər seçdiyi filialda əmanətlərini, cari və kart hesablarını artıra və ya qismən çıxara, əmanət müqaviləsinə vaxtından əvvəl xitam verə bilər.
Bankın ofisindən asılı olmayaraq, “Vahid Xidmət” sayəsində müştərilər kredit borcları üzrə tam məlumat əldə edə biləcək, borclarını bütövlüklə və ya qismən ödəyə biləcəklər. Yeni xidmət müştəriyə onun üçün ən rahat olan filialda qüvvədə olan sərəncamın parametrlərini dəyişməyə və ya ləğv etməyə, arayış və çıxarış almağa, ödəmə tapşırıqları verməyə imkan verir.