Bank VTB yeni məsafəli xidmətini, ” VTB Mobile” adlı mobil bankinq xidmətini müştərilərinin istifadəsinə verib. Yeni əlavə sayəsində indi bankın müştəriləri istənilən vaxtı müxtəlif bank əməliyyatlarını İOS v Android platformalarını dəstəkləyən mobil cihazları ilə həyata keçirə bilər.
VTB Mobile əlavəsindən istifadə 24 saat ərzində mümkün olacaq və müştərilərə bank xidmətlərindən təhlükəsiz rejimdə istifadə etməyə imkan verəcək.
Mobil bank vasitəsi ilə kommunal xərclərin ödənilməsi; hesablar, kartlar, depozit və kreditlər haqqında məlumatın alınması, cari və ya kart hesabından çıxarışın alınması, kartdan karta pul vəsaitinin köçürülməsi, bank daxilində, eləcə də Azərbaycanın digər banklarına pul köçürülməsi, VTB və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın əldə edilməsi xidmətlərini həyata keçirmək mümkündür.
Vahid texnoloji platforma hesabına bankın VTB Online internet bankinq istifadəçiləri avtomatik olaraq VTB Mobile xidmətinin istifadəçilərinə çevrilir. Belə ki, mobil əlavə sisteminə giriş üçün müştəri VTB onlayn internet bankinqə daxil etdiyi eyni paroldan istifadə edir. İnternet bankinqdə olduğu kimi, mobil bankinqdə də eyni avtorizasiya sxemləri dəstəklənir.