Beynəlxalq konsaltinq şirkəti olan Accenture şirkətinin tərtib etdiyi “Star Shifting:Rapid Evolution Required” adlı hesabatda bankçılıq sektoruna yeni daxil olan maliyyə qurumlarının texnoloji cəhətdən üstünlüyünün ənənəvi maliyyə qurumlarına ümumi bazarda göstərdiyi təzyiq əyani şəkildə ortaya qoyulur.
Hesabatda əsasən 7 bölgədəki statistikalar vurğulanır: Avstraliya, Braziliya, Kanada, Çin, Avropa birliyi ölkələri, İngiltərə və ABŞ.
Araşdırmada qeyd olunub ki, banklar yalnız rəqəmsal mühitə keçid prosesini sürətləndirməklə inkişaf edə və bazardakı paylarını qoruya bilərlər. Belə ki, cari bazarda fəaliyyət göstərən təşkilatların 17%-i son 13 ildə bazara daxil olanlardır və gəlir artımının üçdə biri sözügedən təşkilatlarda cəmlənir.
Qeyd olunan bölgələrdə ümumi göstəricilərə nəzər saldıqda, bankçılıq və ödənişlər sahəsində 2005-ci ildə xidmət göstərən maliyyə qurumu sayının 24000 olub, lakin sonralar 20% azalaraq 19300 olmasını müşahidə etmək olar.