Banklarda əmanətlər üzrə maksimum faiz nə qədərdir?

BBN.az portalı olaraq,  yerləşdirmə müddətindən asılı olmayaraq bankların əmanətlər üçün təklif etdikləri ən yüksək faiz dərəcələrini təqdim edirik.

Ümumilikdə bankların təklif etdikləri əmanət məhsulları bir-birindən bir çox xüsusiyyətlərinə, o cümlədən müddətlərinə görə fərqlənir. Sözügedən müddət 7 gündən başlayır və 18 ilə qədər uzana bilir. Bu səbəbdən faiz dərəcələri də bir-birindən fərqlənir.

Bu sıralamada isə müddət fərqi qoymadan, bankların manat və dollar əmanətləri üçün təklif etdikləri ən yüksək faizlər əks etdirilib.

MANATLA

Manatla olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi 19% təşkil edir – Ata Bank və Turanbank. Ən aşağı faiz dərəcəsi isə 3% təşkil edir – Silk Vey Bank.

Sıralama aşağıdakı kimidir:

    Sıra Banklar Müddətindən asılı olmayaraq, bankların təklif etdiyi maksimum faiz dərəcəsi, AZN
1 AtaBank 19.0%
2 TuranBank 19.0%
3 NİKOYL Bank 18.5%
4 Unibank 18.5%
5 AccessBank 18.0%
6 AFB Bank 18.0%
7 AGBank 18.0%
8 Bank Respublika 18.0%
9 DəmirBank 18.0%
10 Muğanbank 18.0%
11 Bank BTB 17.5%
12 Bank VTB 17.0%
13 Expressbank 17.0%
14 NBC Bank 17.0%
15 Bank of Baku 16.0%
16 Azər Türk Bank 15.0%
17 Bank Avrasiya 15.0%
18 Caspian Development Bank 15.0%
19 Yapı Kredi Bank Azərbaycan 15.0%
20 Ziraat Bank Azərbaycan 15.0%
21 Kapital Bank 14.0%
22 Rabitəbank 14.0%
23 Azərbaycan Beynəlxalq Bankı 13.0%
24 Azərbaycan Sənaye Bankı 12.0%
26 Günay Bank 12.0%
27 Bank Melli İran Bakı filialı 10.0%
28 Naxçıvanbank 10.0%
29 Xalq Bank 6.0%
30 Silk Vey Bank 3.0%

DOLLARLA

Dollar əmanəti üzrə əldə edilə biləcək ən yüksək faiz dərəcəsi isə 13%-dir – Ata Bank. Ən aşağı faiz dərəcəsi isə 1%-dir – Azər Türk Bank, Ziraat Bank Azərbaycan, Kapital Bank, Xalq Bank və Azərbaycan Sənaye Bankı.

Sıralama aşağıdakı kimidir:

    Sıra Banklar Müddətindən asılı olmayaraq bankların təklif etdiyi maksimum faiz dərəcəsi, USD
1 AtaBank 13.0%
2 NBC Bank 8.0%
3 DəmirBank 7.5%
4 Amrahbank 7.0%
5 TuranBank 6.5%
6 Muğanbank 6.0%
7 Bank BTB 6.0%
8 NİKOYL Bank 3.5%
9 Unibank 3.1%
10 AccessBank 3.0%
11 AFB Bank 3.0%
12 AGBank 3.0%
13 Bank Respublika 3.0%
14 Expressbank 3.0%
15 Bank Avrasiya 3.0%
16 Caspian Development Bank 3.0%
17 Rabitəbank 3.0%
18 Günay Bank 3.0%
19 Silk Vey Bank 3.0%
20 Bank of Baku 2.5%
21 Bank VTB 2.0%
22 Naxçıvanbank 2.0%
23 Yapı Kredi Bank Azərbaycan 1.3%
24 Azərbaycan Beynəlxalq Bankı 1.3%
26 Azər Türk Bank 1.0%
27 Ziraat Bank Azərbaycan 1.0%
28 Kapital Bank 1.0%
29 Azərbaycan Sənaye Bankı 1.0%
30 Xalq Bank 1.0%

BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.

Həmçinin bax:

Dollar əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır