Banklar hansı daşınar əmlak girovuna kredit verməyə maraqlıdırlar?

Bu haqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Vasif Bədəlsoy “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı  bildirib.

Onun sözlərinə görə, banklar daha çox avadanlıq-texnika, bank hesabı, mal-material və istehlak mallarını girov götürməklə kredit verməyə daha maraqlıdırlar.

Əqli mülkiyyət isə girov qoyularaq kredit əldə etmək üçün ən az tələb edilən daşınar əmlak qismindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır