Banklar Birləşmiş Krallıqdan ayrılmağa hazırlaşır

Britaniya Banklar Birliyinin (BBA) məlumatına əsasən, Birləşmiş Krallıqdakı önəmli bankların bir çoxu ölkədən ayrılmağı planlaşdırır.

BBA-nın rəsmisi Antoni Browni BK-ın Avropa Birliyindən ayrılarkən maliyyə təhlükəsizliyini təmin etməməsi bankları ölkəni tərk etmə planları qurmağa sövq edib. Onların əksərinin 2016-cı ilin sonuna qədər, digərlərinin isə 2017-ci ilin birinci rübündə ölkədən çıxacaqlarını da əlavə edib.

Qeyd edək ki, ABŞ, İsveçrə, Rusiya və Çin bankalarının bir çoxu Londonu Avropa Birliyinə inteqrasiyada mərkəz kimi istifadə edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır