Banklar nağdlaşdırmaya görə vergi ödəyəcəklər

Banklar və bank olmayan kredit təşkilatları (BOKT) hesablarından nağd vəsait çıxaran zaman 1% vergi ödəməli olacaqlar.

Bu haqda BBN.az-a Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.

Vergi qanunvericiliyində edilən son dəyişikliyə əsasən, bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, banklar tərəfindən digər hesablarında olan pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

Eyni zamanda, bank olmayan kredit təşkilatları tərəfindən banklarda açılmış hesablarından nağd qaydada pul vəsaiti çıxarıldıqda bank tərəfindən ödəmə mənbəyində 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır