Təcrübə proqramında iştirak edən şəsxlər bank-maliyyə sektoru üzrə xəbərlərin hazırlanması istiqamətində həm nəzəri, həm də praktiki biliklər qazanmaqla bərabər uğurlu nəticə göstərməklə iş imkanı əldə edə bilərlər.
İki ay davam edəcək proqram çərçivəsində iştirakçılara iqtisadiyyat və maliyyə-bank sektoru üzrə ilkin nəzəri biliklər, həmçinin bu mövzularda xəbərlər, müsahibələr, araşdırma yazıları və məqalələrin hazırlanması zamanı diqqət yetirilməli olan məsələlərlə əlaqədar təlimlər keçiriləcək və onlara, bu bilikləri praktik olaraq tətbiq etmək imkanı yaradılacaqdır.
Təcrübədə iştirak hüququ qazananlara aylıq ödəniş həyata keçiriləcək və təcrübənin sonunda fərqlənən iştirakçılar “Banklar və Biznes Qəzeti”nin (www.bbn.az) redaksiyasında daimi işlə təmin olunma imkanı əldə edəcəklər.
İştirakçılara olan tələblər:
- Jurnalistika üzrə ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
- Xarici dillərdə (ingilis və rus dillərindən ən azı biri) olan materiallardan sərbəst istifadə etmək qabiliyyəti;
- Ünsiyyət qurmaq və kollektivlə işləmək qabiliyyəti.
Təcrübədə iştirak etmək üçün özünüz haqda olan məlumatları (CV) redaktor@bbn.az ünvanına yollaya bilərsiniz.
Son müraciət tarixi 31 may 2017-ci ildir.