19 aprel 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Strateji Xidmət Departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov və Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımovun iştirakı ilə MBNP və bank nümayəndələri arasında görüş keçirilib.
Görüşdə açıq valyuta mövqeyinin hesablanması qaydalarına dəyişiklik edilməsi ilə əlaqədar bankların təklifləri dinlənilib. Səsləndirilən fikirlər əsas iki istiqamətdə olub. İlkin olaraq, xarici valyutada verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatların elə həmin valyutada formalaşdırılması təklif edilib. Alternativ olaraq, səsləndirilən ikinci təklif isə valyuta mövqeyinin hesablanmasında adi ehtiyatlarında aktivlərin həcmindən çıxılması olub.
Hər iki təklif əsasında müzakirələr aparıldıqdan sonra bu təkliflərin MBNP-nın rəhbərliyinə təqdim edilməsinə qərar verilib.